Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri çərçivəsində keçirilən tədbirlərlə bağlı paylaşım edib.
Paylaşımda keçirilən rəsmi görüşlər, işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər, eləcə də Qarabağ atları şousunda iştirakı barədə görüntüləri təqdim edilib.
Dövlət başçısının paylaşımı iki qardaş ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə yönəlmiş addımların əyani sübutu kimi qiymətləndirilib.
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ