İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin İSTEFASI gündəmdə, yaxın 2 ayda…– Rauf Qurbanov və Elşad Musayevlə “Canlı debat”

Rusiyalı diktator Vladimir Putinin siyasi opponentləri iki onillikdə ilk dəfə onun istefasını mümkün hesab edirlər. İşğalçıların Ukraynada məğlubiyyəti fonunda Rusiya Federasiyasında (RF) artıq bu barədə mübahisə edirlər ki, kim onu Kremlin başçısı kimi əvəz edə bilər.

Bu barədə «Politico» yazır («UNİAN»).

Ukraynada müharibə Putinin əleyhinə işləyir və onun məğlubedilməzliyini pozur. RF rəhbərliyində daxili mübarizə başlanıb və hərbi-siyasi komandanlığın fəaliyyətini tənqid edənlər meydana çıxıb.
«İndi məmurlar dəyişən siyasi landşaftdan istifadə etməyə çalışırlar. Kremldəki mənbələr Rusiya elitasının nümayəndələri tərəfdə açıq yadfikirlilik qığılcımını təsdiqləyirlər, xüsusilə, çeçenlərin lideri Ramzan Kadırovu və «Vaqner» qrupunun rəhbəri Yevgeni Priqojini qeyd edirlər» - o, deyib.

RF eks-baş naziri Mixail Kasyanov əmindir ki, prezident hakimiyyəti qəflətən zəifləyə bilər. «Mən, hesab edirəm ki, 3-4 aydan sonra kardinal dəyişikliklər baş verəcək» - o, fikrini bölüşüb.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da müzakirə edəcəyik. Qonağımız Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə Kommunist Partiyasının sədri Rauf Qurbanov olacaq.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR