İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin GİZLİ Qarabağ planı: erməniləri küçələrə tökəcəklər... - CANLI

Məqsəd ermənilərin radikal və milliyyətçi damarına basıb, Paşinyana qarşı çıxarmaq və küçələrə tökmək idi. Putinin çıxışının da məqsədi odur. Belə başa düşürük ki, Qərbin irəli sürdüyü variant Azərbaycanın Qarabağın üzərində suverenliyini tanıyır, eyni zamanda statusu nəzərdə tutur. Status məsələsini Azərbaycan qəbul etmir və konkret mövqe var, bununla bağlı tənqidlər edilir, bu başqa məsələdir.

Amma indi necə başa düşək, Rusiyanın Qarabağ üçün nəzərdə tutduğu və ermənilərə vəd etdiyi variant heç hər hansı statusla belə Azərbaycanın suverenliyini nəzərdə tutmur? Səmimiyyətə və nəhayət, açıq danışdığına görə Putinə təşəkkür düşür. Amma bununla eyni zamanda gərək yaxşı anlayalar ki, Rusiyanın Azərbaycanda onsuz da olmayan nüfuzuna və yumşaq gücünə zərbə vurdu.

Hakim “Mülki müqavilə” fraksiyasının deputatı Xaçatur Sukiasyan hesab edir ki, Ermənistan və Azərbaycan liderlərinin qarşıdan gələn görüşündə - 31 oktyabrda sülh müqaviləsi imzalanmayacaq. O, bunu “Mülki müqaviləsi” partiyasının VI qurultayı öncəsi jurnalistlərə müsahibəsində deyib.
“Oktyabrın 31-də Soçidə Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli görüş keçiriləcək.

Ola bilsin ki, razılıq əldə olunsun, amma bildiyimə görə, sülh müqaviləsinin imzalanması nəzərdə tutulmayıb. Ola bilsin ki, hansısa başqa sənəd imzalansın", - deputat bildirib.

Eyni zamanda, o, mətbuata istinadla bəyan edib ki, Ermənistan tərəfi sazişin "Rusiya variantı"nı imzalamağa meyllidir. Deputatın sözlərinə görə, "Qərb variantı" mədəni müstəqilliyi nəzərdə tutur, "Rusiya sənədi" isə status-kvonu saxlayır və Qarabağ məsələsi üzrə danışıqları davam etdirir.
TVMusavat-ın saat 12:10-da canlı efirində aparıcı Emil Salamoğlu “Həftə içi” verilişində ekspertlərlə Soçi görüşünü müzakirə edir.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR