İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin dəstəkçisinin ƏSL MƏQSƏDİ üzə çıxdı - Zelenskiyə buna görə zəng edib

Xəbər verdiyimiz kimi, ötən gün Çin prezidenti Si Cinpin və Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə telefonla danışıblar.

Musavat.com xəbər verir ki, müharibənin əvvəlindən Rusiyayönlü mövqe tutduğuna görə tənqid edilən Çin prezidentinin ukraynalı həmkarı ilə telefon danışığı yeni müzakirələrə səbəb olub. Mart ayında baş tutması gözlənilən, lakin təxirə salınmış zəngdən sonra Pekinin tərəfləri atəşkəsə razı sala bilib-bilməyəcəyi müzakirə olunur. Bu mənada Si-Zelenski danışığı zamanı konkret addımlar da atılıb.

Belə ki, Zelenski qarşılıqlı etimad və dialoq yaratmaq üçün keçmiş sənaye naziri Pavel Ryabikini Çinə səfir təyin edib. Kiyev administrasiyasının Pekindəki keçmiş diplomatı Sergey Kamişev 2021-ci ildə 64 yaşında infarktdan vəfat etmiş, bundan sonra onun yerinə yeni təyinat olmamışdı.

Çin də müharibənin həllinə ümid edərək 2009-2019-cu illərdə Rusiyada səfir olmuş diplomat Li Huini Ukraynaya xüsusi elçi təyin edib. Hui Moskvada səfir olduğu dövrdə Rusiya lideri Vladimir Putindən “dostluq” ordeni alıb.

Ekspertlərin fikrincə, Si Cinpinin Kiyevə elçi göndərmək planının arxasında Moskvanı dəstəklədiyinə görə Qərb ölkələrinin tənqidlərini dəf etmək və diplomatik qüvvə kimi effektivliyini artırmaq niyyəti dayanır. Si Kremli ABŞ-ın qlobal dominantlığına qarşı çıxa biləcək tərəfdaş kimi görür, eyni zamanda Çinin Qərblə iqtisadi əlaqələrinin korlanacağından narahatdır.

Analitiklərin fikrincə, qızğın döyüşlərdə qarşı-qarşıya gələn Rusiya və Ukrayna qüvvələri hələ ki qarşıdurmanı dayandırmağa hazır deyil. Çin lideri isə Rusiyanı böyük ölçüdə dəstəkləyir və müharibədə Qərbi günahlandırır.

Zelenski ilə telefon danışığından sonra rəsmi Pekin Çin lideri Si Cinpinə istinad edərək bu bəyanatı yayıb: “Bu müharibədə qalib yoxdur. Nüvə müharibəsi bütün dünyanı məhv edir. Müharibəni dayandırmağın ən yaxşı yol danışıqlardır”.

Bu açıqlama bəzi ekspertlər tərəfindən “Ukrayna müharibədə israr etsə, Rusiya nüvə silahına əl ata bilər” kimi şərh edilib və Kiyevə xəbərdarlıq kimi qiymətləndirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR