İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin çıxışının statistikası: gurultulu alqışlar və Leonid Slutskinin mürgüləməsi... - VİDEO

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin bu gün Federal Məclisə müraciət edib.

Musavat.com xəbər verir ki, Rusiya liderinin çıxışı bir sıra maraqlı statistika və görüntülərlə yadda qalıb.

Mesaj zamanı zal Putini 53 dəfə, ayaq üstə 4 dəfə alqışlayıb. Vladimir Putin çıxışında Qərbi 24 dəfə, ABŞ-ı 11 dəfə, NATO-nu 10 dəfə, Ukraynanı isə 19 dəfə xatırlayıb.

Prezidentin nitqi zamanı ən maraqlı görüntü Dövlət Dumasının Beynəlxalq münasibətlər komitəsinin sədri Leonid Slutski ilə bağlı olub. Qatı millətçi görüşləri ilə tanınan və Rusiyanın ən varlı deputatlarından biri olan Slutski ölkə rəhbərinin çıxışını bütövlükdə dinləyə bilməyib.

Rusiya Liberal-Demokrat Partiyasının yeni liderinin həmin vaxt mürgülədiyi görünüb. Bu görüntü Rusiyada, sosial şəbəkələrdə səs-küyə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR