İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin böyük qızının yüz milyonluq klinikası ortaya çıxdı


Rusiya prezidentinin böyük qızı Mariya Vorontsovanın tibb şirkətinin təsisçiləri ilə bağlı məlumatları Federal Vergi Xidmətinin məlumat bazasından yoxa çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyanın Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində nüvə təbabəti layihələri ilə məşğul olan “New Medical Company” (“Nomeco”) ASC-nin sahibləri haqqında informasiya gizlədilib.

Federal Vergi Xidmətinin məlumatlarında da “Nomeco”nun təsisçiləri haqqında heç bir məlumat yoxdur. Amma arxiv məlumatları göstərir ki, şirkətin 20%-i əvvəllər Vorontsovaya məxsus olub. Qalan 80% isə onun tərəfdaşları arasında bölünüb. Rəsmi sənədlərdəki “təmizləmə”dən sonra Putinin qızının hər hansı biznesi ilə bağlı heç bir sübut tapılmır. Onun haqqında yeganə qeyd “Nomeco”nun rəsmi saytında qalır. Burada Vorontsovanın klinikanın direktorlar şurasının üzvü olmağa davam etdiyi göstərilib.

Məlumatın silinməsi həm Vorontsovanın özünə, həm də partnyorlarına qarşı sanksiyalarla əlaqələndirilə bilər. “Nomeco” eyniadlı tibb mərkəzlərini idarə edən “Sogaz” tibb mərkəzinin tərəfdaşı sayılır. Ukraynadakı işğal hərəkatından sonra Avropa İttifaqı Sogaz ASC-yə qarşı sanksiyalar tətbiq edib Putinin qızının şirkəti Leninqrad vilayətində yeni tibb mərkəzinin tikintisində də iştirak edir - onun tərəfdaşı da “Sogaz Medicine”dir.

Soqaz klinikalarından birində (Sankt-Peterburqdakı “Mənim Tibb Mərkəzim”) Ukraynada müharibədə yaralanmış “Vaqner” ÖHŞ-nin muzdluları müalicə olunurlar. Bu ilin yanvar ayında həmin klinkada Yevgeni Priqojin yaralıları ziyarət edib. Vorontsovadan başqa, Putinin bacısı oğlu Mixail Şelomov da Soqazla əlaqəlidir - o, şirkətdə paya malikdir.

2021-ci ildə Vorontsovanın klinikasının mənfəəti 810 milyon rubl (təqribən 10 milyon 300 min ABŞ dolları) təşkil edib. Bir il ərzində Putinin qızı orada 9,6 milyon rubl (120min ABŞ dolları) qazandığı qeyd olunur.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR