Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putinin qohumları və yaxın adamlarının Moskva yaxınlığındakı Novo-Oqaryovodakı rəsmi iqamətgahı ətrafında böyük torpaq sahələri ələ keçirdiyi iddia edilir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Project” portalının araşdırmasında deyilir.
“Vladimir Putin keçmiş Rusiya imperatorları kimi özü və qohumları üçün əsl “Çar kəndi” tikdirib. Rusiya liderinin ailəsi bu məqsədlə saxta isimlərdən və xarici ofşor şirkətlərdən istifadə edir”, - deyə xəbərdə bildirilir.
Sayt Putinin kiçik qızı Katerina Tixonovanın keçmiş əri adlandırdığı Kirill Şamalovun hakerlər tərəfindən yayılan yazışmalarını əldə edib. Araşdırmanın nəticəsinə görə, Şamalov və Tixonova nikahlarını rəsmiləşdirməyiblər və bunu məqsədli şəkildə ediblər. “Cütlük arasında rəsmi, sənədli əlaqələrin olmaması hakim ailəyə Moskva vilayətində bir çox vacib sahələri gizli saxlamağa kömək edib”,-deyə xəbərdə qeyd olunub.
“Project”in məlumatına görə, “xarici şirkətlər” Putinin iqamətgahı yaxınlığında hələ 2006-cı ildən torpaq alıblar. “Usovo-Plyus” qəsəbəsində iki torpaq sahəsi Kremlin “pul kisəsi” olaraq bilinən “Ermira” ofşor şirkəti tərəfindən alınıb.
Putinin böyük qızı Mariya Vorontsova həmin sahədə məskunlaşıb. Cənubda Usovo-3 kəndində olan iki torpaq sahəsi “Panama” ofşor şirkətləri tərəfindən alınıb və 2013-cü ildə Şamalovun mülkiyyətinə keçib.
Şamalovun yazışmalarına istinad edən "Project" Krmelin sahibinin ailəsinin ev və mülklərin abadlaşdırılması üçün xərclərdiklərindən də bəhs edir. Bununla bağlı tərtib olunan qiymət cədvəli 9 milyon avroya çatır. Şamalov həmin torpaqlarla yanaşı, İvan Şişkinin qiymətli “Meşə talası” rəsminin tablosunun alınmasını müzakirə edib.
Şamalovun adına yazılan evlərin ikincisində Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnayanın məskunlaşdığı iddia edilir.
Şamalov və Katerina Tixonovanın evliliyi dağılandan sonra o, 2019-cu ildə Novo-Oqaryovo ərazisindəki bütün torpaq sahələrini Putinin dostu Arkadi Rotenberqlə əlaqəli olduğu iddia edilən firmaya verib. Bunun üçün Rotenberq Şamalova dəyərindən üç dəfə az məbləğ ödəyib.
Araşdırmada bir neçə gün öncə naməlum pilotsuz uçan aparatların məhz həmin bölgədə görünməsinə xüsusi diqqət çəkilib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ