İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini beynəlxalq məhkəmədən necə qurtarmalı? - Dövlət Dumasının spikerinin rəyi

Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Federasiyası ərazisində qadağan edilməsini və təşkilata yardıma görə cəzanın tətbiqini təklif edib. Ölkə həmçinin Haaqa məhkəməsindən imtina edəcək müttəfiqlər axtaracaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya parlamentinin sədri öz telegram-kanalında Beynəlxalq Cinayət Məhkəməsinin qərarından təşvişini bu sözlərlə dilə gətirib.

“Rusiya qanuvericiliyində BCM-nin hər hansı fəaliyyətini qadağan edən dəyişikliklər hazırlamaq, həmçinin BCM-nin təşviqi və dəstəklənməsinə görə məsuliyyət nəzərdə tutulmalıdır. Dost ölkələrlə BCM-lə əməkdaşlıqdan qarşılıqlı imtinanı nəzərdə tutan ikitərəfli müqavilələrin bağlanması lazımdır. Beynəlxalq strukturlar Rusiya konstitusiyasının normalarına zidd qərarlar qəbul edərsə, Rusiya Federasiyasının Ali Baş Komandanı vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atmaq hüququna malik olmalıdır”,-deyə Volodin qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR