İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevlə söhbət edəndə zövq alıram— Sabiq deputatın ŞOK GÖRÜNTÜSÜ

Barəsində ev dustaqlığı tədbiri seçilən Ramiz Mehdiyevin haqqında təriflər deyən daha bir şəxsin video görüntüləri yayılıb.

Demokrat.az-ın məlumatına görə, sabiq deputat Vahid Əhmədov sözügedən görüntülərdə Ramiz Mehdiyevlə bağlı danışarkən qeyd edir ki, Ramiz Mehdiyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində böyük rolu olub:

“Ramiz Mehdiyev Heydər Əliyev məktəbini keçib. Ramiz Mehdiyevin Azərbaycan ideologiyasının yetişməsində xüsusi rolu olub.

Belə hesab edirəm ki, Azərbaycanın müstəqilliyinin 27 il qorunub saxlanılmasında xüsusi rolu olan şəxslərdən biridir. Mən bunu çox yüksək qiymətləndirirəm. Ramiz Mehdiyev həm də gözəl elmi işçidir. Onun əsərlərini oxuyuruq.

Kənardan zəhmli insan kimi görünür, amma yaxın təmasda olanda tamamilə ayrı aləmin şahidi olursan. Həmsöhbət kimi çox maraqlı insandır. Onunla hər dəfə görüşəndə, söhbət edəndə zövq qalıram”.

Ətraflı video görüntülərdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR