İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən fərqli olaraq Aleksandr Lukaşenko Co Baydeni təbrik edib

Belarus prezidenti Aleksandr Lukaşenko xalqının və şəxsən öz adından Amerika Birləşmiş Ştatlarının xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, bu barədə rəsmi “BelTA” agentliyi məlumat yayıb.

“Bu bayramda mən bütün amerikalılara rifah səviyyəsindən, dərisinin rəngindən asılı olmayaraq cansağlığı, sülh, sabitlik və daha yaxşı gələcəyə inam kimi hamının başa düşdüyü və bütün insanları birləşdirən sadə şeylər arzulayıram. Bütün bunları birlikdə səy göstərdiyimiz zaman əldə etmək mümkündür”.

Lukaşenko məktubunda "ailələri, cəmiyyətləri, bütöv qitələri parçalayan fikir ayrılıqlarını unutmağı və bugünkü çox narahatedici və təhlükəli vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvələri birləşdirməyi" təklif edib.

Xatırladaq ki, bu gün Kreml Rusiya prezidenti Vladimir Putinin “Vaşinqtonun qeyri-dost siyasətinin kulminasiya nöqtəsi” səbəbindən ABŞ rəhbərliyinə Müstəqillik günü münasibətilə təbrik göndərməyəcəyini xəbər edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR