İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən dəhşətli HÜCUM əmri, Ukraynada ölkə boyu həyəcan siqnalı - Elxan Şahinoğlu ilə CANLI

Kiyevdə və Ukraynanın bütün vilayətlərində hava hücumu təhlükəsi elan olunub. Bu barədə məlumatı Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba öz teleqram kanalında açıqlayıb. Onun sözlərinə görə, vilayətin bölgələrindən birinə raket zərbəsi endirilib. İlkin məlumata görə, xəsarət alan olmayıb. Bununla yanaşı, Ukrayna mediası Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan hissələrində partlayışların baş verdiyini yazır.

“Qarabağla bağlı qərarlar Ermənistanı qane etməyəcək, çünki geosiyasi və regional vəziyyət dəyişib”. Bunu Ermənistan Prezidenti Vaqan Xaçaturyan deyib. O bildirib ki, hazırda həqiqətən də çətin dövrlər gəlib çatıb, hər şey həlledici mərhələyə qədəm qoyub. Dövlət başçısının sözlərinə görə, söhbət Ermənistanın mövcudluğundan və Qarabağ məsələsinin həllindən gedir. “Və bizdən realizm tələb olunur ki, düzgün qərarlar verə bilək”, - deyə Xaçaturyan vurğulayıb.


Prezident qeyd edib ki, qərar qəbul etmək çətin olacaq və əksər hallarda Ermənistan tərəfinin istəyini təmin etməyəcək. Eyni zamanda o qeyd edib ki, məsələ İrəvanın öz istəklərindən əl çəkməsində deyil, geosiyasi və regional vəziyyətin dəyişməsindədir və bunu nəzərə almamaq olmaz. “Hər şey çox sürətlə dəyişir”, - deyə Ermənistan prezidenti sözlərini yekunlaşdırıb.
TVMusavat-ın 12:00-da canlı yayınında “Həftə İçi” verilişində politoloq Elxan Şahinoğlu ilə gündəmi müzakirə edirik. Müzakirəyə tamaşaçılar da qatıla bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR