İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən Bakı ilə bağlı mühüm anons

Mişustin və Volodini Azərbaycana gətirən səbəb; deputat: “Rusiya baş nazirinin və Dövlət Dumasının  sədrinin səfərləri bununla əlaqədardır”

Rusiyanın baş naziri Mixail Mişustin və Dövlət Duması sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Xəzər sammiti çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə bildirib.

Rusiya rəhbəri baş nazirin Bakıya səfərinə hazırlıq haqda danışıb. Həmçinin qeyd edib ki, Dövlət Duması sədri Vyaçeslav Volodin də Azərbaycana səfər edəcək. “Bizim baş nazirimizin və Dövlət Duması sədrinin səfərinə hazırlıq görülür”, - Putin vurğulayıb və az öncə Lavrovun “uğurlu Bakı səfəri”ni xatırladıb.

Son vaxtlar Rusiyadan Bakıya yüksək səviyyəli bu cür səfərlərin intensivləşməsi daha çox nə ilə əlaqəli ola bilər? İkitərəfli münasibətlərə, Qarabağ məsələsinə belə ziyarətlər nə vəd edir?

Hikmət Babaoğlu: Yaz və növbədənkənar sessiyalar ərzində qəbul olunmuş  qanunlar ölkəmizin gələcək inkişafına mühüm töhfələr verəcək

Hikmət Babaoğlu 

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Azərbaycan münasibətləri həmişə hər iki dövlət üçün strateji əhəmiyyətli münasibətlər olub: “Hazırda bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir və 2022-cil 22 fevral tarixində Moskvada imzalanan müttəfiqlik tərəfdaşlığı  sənədi ilə özünün ən yüksək mərhələsinə qədəm qoyub. Nəzərə almaq lazımdır ki, Rusiya olduqca böyük ərazisi, təqribən 140 milyonluq əlalisi, nəhəng hərbi sənayesi, iqtisadiyyatı ilə Azərbaycanın ən böyük qonşusudur. Ancaq iki ölkə arasında bütün sahələr üzrə hər iki ölkəyə böyük dividendlər qazandıra biləcək potensialın yalnız kiçik bir hissəsi realizə olunub. 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyannamədən sonra bu ptensialın daha böyük ölçüdə realizə edilməsi üçün tamamilə yeni imkanlar yaranıb. Üçtərəfli bəyannaməyə qonşu Rusiya Federasiyasının təminatçı qismində imza atması əslində həm də Azərbaycanın yaratdığı yeni gestrateji reallığın hamıdan qabaq elə Rusiya tərəfindən qəbul edilməsi deməkdir. Bu bəyannamə isə bizim tarixi qələbəmizin rəsmiləşmiş forması Ermənistanın isə kaputiliyasiya aktıdır. Ona görə də bu hadisədən sonra Rusiya ilə Azərbaycanın birgə addımlaması üçün önlərində geniş bir strateji prospekt açılıb. İki ölkə bu istiqamətdə milli maraqları kontekstində irəliyə doğru addımlamaqda qərarlıdırlar. Çünki tarix belə fürsətləri çox xəsisliklə yaradır. Bütün bunlarla yanaşı, gözümüzün qabağında dünya siyasətinin vektoru dəyişir. Artıq Rusiya üçün bu vektor Avropadan, Atlantikadan deyil, Orta Asiyadan, Cənubi Qafqazdan keçir. Ona görə də hər iki ölkənin liderləri yaranmış yeni reallığı doğru qiymətləndirməkdə israrlıdırlar”.

Deputatın sözlərinə görə, Rusiyanın  baş naziri Mixail Mişustinin və Dövlət Dumasının  sədri Vyaçeslav Volodinin Azərbaycana səfərləri də elə bununla əlaqədardır: “Doğrudur, hələlik işçi portfelin içərisində nələrin olduğu haqda məlumatlı deyilik, ancaq bu portfelin dolu olacağı bəri başdan məlumdur. Güman etmək olar ki, bu vacib səfərdə qanunvericilik, humanitar-mədəni məsələlərindən tutmuş sosial-iqtisadi sahəyə qədər geniş spektrli məsələlər daxil olacaq. Şübhəsiz ki, üçtərəfli bəyannamədə nəzərdə tutulan kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizin açılması kimi olduqca aktual məsələlər də gündəmdə birincilər sırasında olacaq. Bunlar  isə Azərbaycan üçün mühüm əhəmiyyətli məsələlərdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR