İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin Zelenskiyə xüsusi mesaj göndərməyib”

“Rusiya Prezidenti Vladimir Putin Qvineya-Bisau lideri Umaru Sisoka Embalo vasitəsilə ukraynalı həmkarı Volodimir Zelenskiyə tərəflər arasında mümkün dialoqla bağlı xüsusi mesaj çatdırmayıb”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Vladimir Putin afrikalı həmkarı ilə görüşdə Ukrayna ilə bağlı mövqeyini ifadə edib.

Qeyd edək ki, oktyabrın 25-i Qvineya-Bisau lideri Umaru Sisoka Embalo Putinlə görüşündə Rusiya və Ukrayna arasında dialoqun bərpa ediləcəyinə ümid etdiyini bildirib.

Dünən isə mediada Embalonun Putinin Zelenskiyə Rusiya ilə Ukrayna arasında danışıqlara hazır olması barədə mesajını çatdırması barədə məlumat yayılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR