Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin 2027–2036-cı illəri əhatə edəcək yeni dövlət silahlanma proqramı ilə bağlı yüksək səviyyəli müşavirə keçirib.
Musavat.com xəbər verir ki, müşavirə zamanı Kremlin rəhbəri ölkənin hərbi prioritetlərini açıqlayıb və xüsusi olaraq “yad nüvə triadası”nı xatırladıb.
Putinin sözlərinə görə, Rusiya strateji nüvə qüvvələrinin 95%-i artıq müasir silahlarla təchiz olunub. O, bu göstəricini “sistemin güclü işləməsi” kimi dəyərləndirib və nüvə qüvvələrinin daha da təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.
Dövlət başçısı həmçinin yeni silah sistemləri üçün baza və aerodromların öncədən hazır vəziyyətə gətirilməsini tələb edib. Onun fikrincə, silahların “çılpaq sahələrə” yerləşdirilməsi yolverilməzdir və hərbi infrastrukturun qabaqcadan hazırlanması əsas şərtdir.
Putin quru qoşunları ilə bağlı da sərt göstəriş verib. O, bu qüvvələrin imkanlarının “qısa müddətdə, bir neçə dəfə artırılmasını” istəyib. Bu çağırış Rusiyanın son illərdə Ukraynaya qarşı apardığı müharibədə itirdiyi canlı qüvvə və texnikaya işarə kimi də dəyərləndirilir.
Müşavirənin nəticələri Rusiya Silahlı Qüvvələrinin qarşıdakı illərdə hansı istiqamətlərdə inkişaf etdiriləcəyinə dair əsas siqnallar kimi qəbul olunur.
Musavat.com
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ