İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin xəbərdarlıq etdi: “Sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilər”

“Sanksiyalar gələcəkdə Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilər”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumət iclası zamanı bildirib.

“İqtisadiyyatımızdakı müsbət tendensiyaların dəstəklənməsi və gücləndirilməsi, onların səmərəliliyinin artırılması, həmçinin texnoloji və maliyyə suverenliyinin təmin edilməsi zəruridir”, - deyə Putin qeyd edib.

Eyni zamanda o vurğulayıb ki, müasir reallıqlar fonunda lazımsız bürokratiya və ləngimələrə yol vermədən cəld hərəkət etmək lazımdır.

“Tez hərəkət etməliyik, çünki ortamüddətli perspektivdə Rusiya iqtisadiyyatına tətbiq edilən qeyri-qanuni məhdudiyyətlər həqiqətən də mənfi təsirini göstərə bilər”, - deyə Rusiya prezidenti əlavə edib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR