İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin xaricdə rusların daim müdafiə olunacağına söz verib

Rusiya xaricdəki vətəndaşlarını həmişə qoruyacaq.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu sentyabrın 5-də IX Şərq İqtisadi Forumunun (EEF-2024) plenar iclasında Rusiya prezidenti Vladimir Putin ABŞ-la baş tutan məhbus mübadiləsini şərh edərkən deyib.

“Biz həmişə Rusiya Federasiyasının dövlət yardımına ehtiyacı olan bütün vətəndaşlarına bərabər yanaşırıq. Biz bunu gələcəkdə də edəcəyik”, - deyə o bildirib.

Prezidentin sözlərinə görə, bir çox ölkələr ABŞ-la məhbus mübadiləsi üzrə işlərdə iştirak edib.
“Məsələn, ABŞ jurnalistinə gəlsək, o, jurnalist adı altında işləyir, ancaq kəşfiyyat missiyalarını və tapşırıqlarını açıq şəkildə yerinə yetirirdi. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bu işdə fəal iştirak edib, buna görə biz ona yalnız minnətdarıq, çünki bu, son nəticədə vətəndaşlarımızın öz vətənlərinə qayıtmasına gətirib çıxarıb”, - Putin vurğulayıb.

Dövlət başçısı xatırladıb ki, Türkiyə hakimiyyəti bütün məsələlərin yekun həlli üçün platforma təqdim edib.

Qeyd edək ki, avqustun 1-də Ankarada Rusiya Federasiyası ilə Qərb ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsi baş tutub. Mübadilə nəticəsində səkkiz rus, o cümlədən Rubtsov (Polşada azad edilib), həmçinin Roman Seleznyov, Vadim Krasikov, Anna və Artyom Dultsev cütlyü və övladları (Sloveniyada azad edilib), Mixail Mikuşin (Norveçdə azad edilib) vətənə qayıtdılar. Onlardan başqa, ABŞ də Vadim Konoşenok və Vladislav Klyuşini Rusiyaya verib. Rusiya isə 16 məhbusu, o cümlədən ABŞ, Almaniya, Rusiya Federasiyası vətəndaşlarını və ikili vətəndaşlığı olan şəxsləri Qərbə təhvil verib.

Rusların olduğu təyyarə avqustun 1-i axşam saatlarında Moskvaya çatıb.  Qayıdanları Rusiya Federasiyasının Prezidenti şəxsən qarşılayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR