İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Tramp arasında telefon danışığı olub

Putin və Tramp Ukrayna məsələsini müzakirə ediblər.

Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Kreml tərəfindən yayılan məlumata görə, liderlər Ukrayna ətrafındakı vəziyyət barədə ətraflı və səmimi fikir mübadiləsi aparıblar.

Putin Trampı martın 19-da Rusiya və Ukrayna arasında 175 məhbusun qarşılıqlı mübadiləsinin planlaşdırıldığı barədə məlumatlandırıb. Hər iki lider beynəlxalq sabitlik üçün ortaq məsuliyyət daşıdıqlarını vurğulayaraq, ikitərəfli münasibətlərin normallaşdırılmasının tərəfdarı olduqlarını bildiriblər.

Telefon danışığı zamanı qaldırılan məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə edilib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR