Onlayn ictimai-siyasi qəzet
Musavat.com Ermənistan mediası əsasında yazır ki, Putin və Paşinyan öz aralarında bir sıra məsələlərdə razılığa gəliblər.
Onlardan biri Rusiya qoşunlarının yenidən dislokasiya olunması ilə bağlıdır. Ermənistanın hakimiyyətyönlü mediası bunu Paşinyanın böyük qələbəsi kimi tirajlayır.
İddia olunur ki, Ermənistanın baş naziri Paşinyanla Rusiya prezidenti Putin arasında aparılan danışıqlar nəticəsində, əvvəllər də xəbər verildiyi kimi, Rusiya sərhədçilərinin bundan sonra Zvartnots hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunub.
Bundan əlavə, Rusiya sərhədçiləri/hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri bir sıra yaşayış məntəqələrindəki postları tərk edəcəklər.
Rusiyanın Ermənistandakı hərbi varlığı isə davam edəcək.
Bundan əlavə, Rusiya sərhədçiləri/hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri bir sıra yaşayış məntəqələrindəki (Sünik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuş) postları tərk edəcəklər.
Rusiyanın Ermənistandakı hərbi varlığı isə davam edəcək.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ