Onlayn ictimai-siyasi qəzet
Rusiya və Ukrayna arasında 175 hərbi əsirin mübadiləsi həyata keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya humanitar addım olaraq 22 ağır yaralı Ukrayna hərbçisini əlavə olaraq Kiyevə təhvil verib.
Mübadilə barədə Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Tramp ilə telefon danışığı zamanı əvvəlcədən məlumat və bir növ söz vermişdi. Həmin söhbət zamanı Putin Trampa bu mübadilənin tezliklə baş tutacağını bildirmişdi.
Bu addım Rusiya-Ukrayna müharibəsində əsir dəyişdirmə prosesinin davam etdiyini və müəyyən razılaşmaların yerinə yetirildiyini göstərir. İki ölkə arasında əsir mübadilələrinin gələcəkdə də davam edəcəyi gözlənilir.
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ