İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans formatında müşavirə keçirib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müşavirədə Rusiyanın postsovet məkanındakı qonşuları ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Baş nazirin müavini Aleksey Overçuk məruzə ilə çıxış edib.

"Bu gün biz postsovet məkanında ən yaxın qonşularımızla əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəyik. Aleksey Loqvinoviç Overçuk bunu hökumət xətti ilə bununla məşğul olur. O, işin necə inkişaf etdiyini, ilk növbədə, iqtisadi yolda ətraflı bilir. Mən onu təqdimata dəvət etmək istəyirəm və ondan sonra biz bu gün açıqlanan mövzunu müzakirə edəcəyik", deyə Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsində çıxış edən Rusiya prezidenti bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR