İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin TƏCİLİ iclas çağırdı: xüsusi təyinatlılar Xarkovda, “Patriot”ları “VUR” əmri verildi - CANLI

Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək. Bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. “Günün ikinci yarısında prezidentin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcəyini gözləyirik”, - Peskov deyib.

O, görüşün konkret məqsədinin nədən ibarət olduğunu və sessiya zamanı hansı mövzuların müzakirə olunacağını açıqlamayıb.

Kazan hava limanında uçuşlar müvəqqəti məhdudlaşdırılıb. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi - Rosaviasiya məlumat yayıb. Bildirilib ki, Kazan hava limanında təhlükəsizliyi təmin etmək üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hazırda aeroport uçuşları qəbul etmir və göndərmir.

“Qərb eskalasiya yolu ilə gedir, Rusiya təhdidləri neytrallaşdırmaq üçün bütün lazımi tədbirləri görəcək”. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
“Biz bilirik ki, Qərb ölkələri eskalasiya yolu ilə gedir. Ona görə də belə eskalasiya ilə bağlı təhdidləri neytrallaşdırmaq üçün tərəfimizdən lazım olan bütün tədbirlər görüləcək. Döyüş meydanlarındakı mənzərə bunu dəqiq deyir.

Oraya nə gətirirlərsə, yerüstü texnikadan tutmuş, hamısını əsgərlərimiz əzirlər. Bu dəfə də belə olacaq”, - Qruşko Almaniya Müdafiə Nazirliyində Kiyevə yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinqin “Patriot” hava hücumundan müdafiə sistemlərinin Rusiya səmasında hava hədəflərinin məhv edilməsi üçün istifadə olunacağını istisna etməyən bəyanatını şərh edərkən deyib.
“Əhməd” (Axmat) xüsusi təyinatlıları Xarkov vilayətinin sərhədyanı ərazilərində növbəti fəaliyyət üçün Belqorod vilayətinə göndərilib. Bunu “Əhməd” xüsusi təyinatlılarının komandiri general-mayor Aptı Alaudinov deyib. Onun sözlərinə görə, bölmələr artıq hücum əməliyyatları yerinə yetirirlər.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi ekspert Azad İsazadə ilə Ukrayna hadisələrini dəyərləndirir.


Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR