İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Şoyquya daha bir vəzifə verdi

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu hərbi-sənaye kompleksində işləri koordinasiya edəcək.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

"Məsələlər çox müxtəlif olduğundan istehsalın rentabelliyini nəzərə almaq, Müdafiə Nazirliyinin müvafiq avadanlıq almasını təmin etmək lazımdır. Burada bütün bu işlərin müstəqil koordinatoru lazımdır. Bu koordinator Təhlükəsizlik Şurasının katibi olacaq", - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin müvafiq əmri ilə Sergey Şoyqu müdafiə naziri postundan çıxarılaraq TŞ-nin katibi təyin edilib. MN rəhbərliyinə isə Andrey Belousov gətirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR