İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Rusiya qazının alıcıları ilə bağlı fərman imzaladı

Prezident Vladimir Putin Rusiya qazının xarici alıcılarına pulu ödəmək üçün istənilən Rusiya bankından istifadə etmək icazəsinin müddətini 2025-ci il iyunun sonuna qədər uzadıb.

Musavat.com xatırladır ki, 2022-ci ildən Rusiya qazının dəyərinin rublla və yalnız “Qazprombank” vasitəsilə ödənməsinə qərar verilmişdi.

2024-cü ilin noyabrında ABŞ “Qazprombank”ı sanksiya siyahısına saldıqdan sonra onunla hər hansı xarici ödənişlərin həyata keçirilməsi mümkünsüz hala gəlib. Dekabrda Putin 2025-ci il martın sonunadək qazpulunun digər Rusiya bankları ilə ödənməsinə dair fərman imzalayıb. Martın 28-də bu müddət 2025-ci il iyulun 1-dək uzadılıb.

Qeyd edək ki, Macarıstan və Türkiyənin xahişi ilə hər iki ölkəyə qazpulunun “Qazprombank”la ödənməsi üçün istisna tətbiq edilib, martın 19-da onun müddəti mayın 1-dək uzadılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR