Onlayn ictimai-siyasi qəzet
“Rusiya və ABŞ arasında münasibətlər dərin böhran içərisindədir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bir neçə ölkə səfirinin etimadnaməsini qəbul edərkən deyib.
Onun sözlərinə görə, indi dünyada vəziyyət asan deyil: “Çoxlu ziddiyyətlər var. Rusiya istisnasız olaraq bütün ölkələrlə konstruktiv tərəfdaşlığa açıqdır. Biz özümüzü təcrid etmək fikrində deyilik”.
Putin bildirib ki, Rusiya heç bir ölkəyə qarşı qərəzli deyil.
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ