İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyanla Qarabağı müzakirə etdi - SON DƏQİQƏ

Rusiya və Ermənistan liderləri Vladimir Putinlə Nikol Paşinyan arasında bu gün telefon danışığı olub.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti açıqlama verib.

Telefon danışığı zamanı tərəflər Rusiya ilə Ermənistan arasında dostluq haqqında müqavilənin imzalanmasının 25 illiyi münasibətilə bir-birini təbrik edib.

Bundan başqa, ikitərəfli münasibətlər və Qarabağ məsələsi ətrafında da müzakirələr aparılıb.

xxx

Rusiya və Ermənistan arasında dostluq haqqında müqavilənin imzalanmasının 25 illiyi münasibətilə bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olacaq.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı cari məsələlər müzakirə olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR