İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyanla Qarabağdan danışdı-son iki gündə ikinci dəfə

Rusiya prezidenti Vladimir Putin cümə günü Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında Qarabağ mövzusunu müzakirə etməyə davam edib.

Musavat.com bildirir ki, bu haqda Kremlin mətbuat xidməti xəbər verir. Məlumatda qeyd olunub ki, telefon danışığında Qarabağ regionunda sabitliyin qorunub saxlanması məsələlərinə dair fikir mübadiləsi davam etdirilib. Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərinə ciddi əməl olunmasının zəruriliyi təsdiqlənib.

Qeyd edək ki, ötən gün də Putin və Paşinyan Qarabağı müzakirə etmişdi, üçtərəfli razılaşmalara əməl olunmasının zəruriliyindən bəhs olunmuşdu. 6 martda keçiriləcək Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü ərəfəsində Rusiyanın aktivləşməsi diqqət çəkir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR