İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin-Paşinyan davası QIZIŞDI: Zaxarovaya “əxlaqsız” dedilər - CANLI

Azərbaycanın Qarabağdakı silahlı separatçılara qarşı antiterror əməliyyatına başlayacağı bildirilir. Sosial şəbəkənin Rusiya seqmentində informasiyalar dolaşır.

Əməliyyatın sentyabr ayında baş tutacağı istisna edilmir. Məlumdur ki, sentyabrın 18-də Nyu-Yorkda 2023-cü ilin BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi start götürür.

İlin ən nüfuzlu forumunun keçirildiyi dövrdə əməliyyatın baş tutması real görünmür, ona görə də antiterror əməliyyatının məhz sentyabrın 23-dən sonraya planlaşdırıldığı iddia olunur. Ən uyğun tarixlərdən biri kimi isə İkinci Qarabağ savaşının başladığı tarix göstərilir.

ABŞ-ın 10-cu dağatıcı diviziyasının komandanı general-mayor Qreqori Anderson və ABŞ-ın Avropa və Afrikadakı qoşunlarının əməliyyat qərargahı rəisinin müavini briqada generalı Patrik Ellis Ermənistanda səfərdədir. Məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi yayıb.

Bildirilib ki, generallar və ABŞ-ın İrəvandakı səfir Kristina Kuinn “Days” təlim mərkəzində “Qartal-Tərəfdaş-2023” hərbi təlimlərinin gedişini müşahidə ediblər.

Qeyd edək ki, bu təlim sentyabrın 11-də başlayıb və 20-dək davam edəcək. Hərbi tədbirə ABŞ-ın 85, Ermənistanın isə 175 hərbçisi qatılıb.

Maraqlıdır ki, “vaqner”çilərin Gorusda olduğu və hərbi çevriliş üçün təlimat verilməsini gözlədikləri xəbərləri yayılmaqdadır.

Belə ərəfədə amerikalı hərbçilərlə birgə təlimlər keçirilir, iki amerikalı general Ermənistana gəlir. Bu, Vaşinqtonun Kremlə mesajıdır ki, Paşinyanı müdafiə edirik və xunta ayağa qalxarsa, qarşısında ABŞ-ı görə bilər.

Erməni bloger Roman Baqdasaryan Rusiyanın Ermənistanın işinə qarışmağa, əmr verməyə haqqı olmadığını bildirib. Feysbuk səhifəsində canlı yayım zamanı deyib.

Baqdasaryan bildirib ki, Ermənistanın legitim baş naziri var, onu erməni xalqı seçib və heç bir alçaq, o cümlədən Rusiyadan, bizə heç bir göstəriş verə bilməz.

Mariya Zaxarova adında “əxlaqsız” Alen Simonyana əmr verə bilməz; Putin də, Lavrov da bizə heç bir əmr verə bilməz…
Rusiya Ermənistan və Azərbaycan tərəfləri ilə ardıcıl olaraq Laçın dəhlizi ətrafında vəziyyətin həlli üçün müxtəlif variantları müzakirə edir. Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya tərəfi işini ardıcıl olaraq həm Bakı, həm də İrəvanla davam etdirir. Bu yaxınlarda humanitar yardımın ilk partiyası Qarabağa gedib, yeri gəlmişkən, o da Rusiya tərəfinin səyi nəticəsində təşkil olunub.

Biz işləməyə davam edəcəyik. İndi də tərəflərlə müxtəlif variantlar müzakirə olunur və işlənir”, - Peskov bildirib.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Vaqif Hüseynlə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR