Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı telefon danışığının bəzi detalları məlum olub.
Musavat.com bildirir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən Vladimir Putinin Bakıya dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqlar nəzərə alınmaqla, müzakirələr davam etdirilib.
“Rusiya tərəfinin Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, habelə nəqliyyat və logistika əlaqələrinin qarşısının alınmasında yardım göstərməyə davam etməyə hazır olduğu təsdiqlənib”, - deyə məlumatda bildirilir.
İkitərəfli gündəliyə dair fikir mübadiləsi zamanı ticari-iqtisadi qarşılıqlı fəaliyyətin müsbət dinamikası xüsusilə qeyd olunub. Əlaqələrin davam etdirilməsi razılaşdırılıb.
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ