İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ordu generalını vəzifədən azad etdi - YENİ TƏYİNAT

 

Fevral ayından bu yana Ukraynanı işğal etməyə çalışan Rusiya aylardır istədiyinə nail ola bilmir.

Meydanda uğur qazana bilməyən Putin bu yaxınlarda qismən səfərbərlik elan etdi. Bunun ardından Rusiya liderin daha bir addım atıb.

Musavat.com xəbər verir ki, Vladimir Putin Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakovu vəzifəsindən azad edib və onun yerinə Mixail Mizintsevi təyin edib.

Qeyd edək ki, Bulqakov 2008-ci il dekabrın 2-dən Rusiya Federasiyası Müdafiə nazirinin müavinidir.

Mikhail Mizintsev appointed Russia's deputy defense minister for logistics


Mixail Mizintsev

Bulqakovun digər bölmələrə rəhbərlik edəcəyi bildirilərkən, onun yerinə Milli Müdafiə İdarəetmə Mərkəzinin rəisi general-polkovnik Mixail Mizintsevin təyin olunduğu açıqlanıb. Mixail Mizintsev Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkovla birlikdə ekranlarda ən çox görünən və Rusiyanın Ukraynadakı hərbi əməliyyatları zamanı hərbi fəaliyyətləri ilə bağlı məlumatlar çatdıran biri kimi diqqəti cəlb edib.

Putin, Rusya Savunma Bakan Yardımcısı Bulgakov'u görevden aldı

Dmitri Bulqakov

Ötən həftə Rusiyada qismən səfərbərlik elan edildikdən sonra bir çox Rusiya vətəndaşı müharibədə iştirak etmək əvəzinə Azərbaycan da daxil olmaqla başqa ölkələrə getməyə başlayıb. Hava limanlarında və qonşu dövlətlərin sərhədlərində yaşanan sıxlığa görə qismən səfərbərlik qərarına əməl etməyənlərin həbs cəzasının tətbiqi üçün qanun layihəsi də hazırlanıb.

Rusiya parlamentində qəbul edilən qanun bu gün Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiqlənib. Kremlin İnformasiya Xidmətində dərc olunan fərmana əsasən, öz qoşunlarına təslim olmayan Rusiya vətəndaşları 10 ilədək həbs cəzası alacaqlar. Bundan əlavə, bu cinayəti təkrar edənlərə qarşı ağır cəzaların tətbiq olunması qərara alınıb. Bu cinayəti ilk dəfə törədənləri 1 milyondan 3 milyon rubla qədər cərimə gözləyir. Bu cinayəti təkrar edənlər isə 8 ildən 10 ilə qədər həbs ediləcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR