Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı dövlət başçıları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.
***
Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Bu haqda Kreml məlumat yayıb.
Bildirilib ki, tərəflər telefon danışığı zamanı AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.
“Bu gün Vladimir Putin və İlham Əliyev telefon danışığı zamanı “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı müxtəlif məsələlərin müzakirəsini davam etdiriblər”, - deyə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ