Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Novo-Oqaryovoda müşavirə keçirir.
Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
O bəyan edib ki, Rusiya Müdafiə Nazirliyi düşməni Kursk vilayəti ərazisindən çıxarmalıdır.
Müşavirədə Təhlükəsizlik Şurası, hökumət üzvləri, Rusiya Federasiyası prezidentinin administrasiyasının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə Belqorod, Bryansk və Kursk vilayətlərinin rəhbərləri iştirak ediblər.
Putin deyib ki, Kiyevin mülki şəxslərə və nüvə enerjisi obyektlərinə hücumu ilə bağlı danışılası şey yoxdur və Kursk bölgəsindəki vəziyyət Kiyev rejiminin Moskva və vasitəçilərin sülh təkliflərini niyə rədd etdiyini göstərir.
Putin deyib ki, Müdafiə Nazirliyinin əsas vəzifəsi düşməni ərazilərimizdən çıxarmaq və sərhəd xidməti ilə birlikdə dövlət sərhədinin mühafizəsini gücləndirməkdir:
"Kiyev Kursk bölgəsindəki hərəkətləri ilə gələcəkdə danışıqlarda mövqelərini yaxşılaşdırmağa çalışır. Kiyevin Kursk bölgəsindəki hərəkəti rus qoşunlarının irəliləməsini dayandırmaq üçün hərbi məqsəd güdür. Kursk bölgəsindəki hadisələrdən sonra bütün təmas xətti boyunca hücumun sürəti nəinki azalmadı, əksinə 1,5 dəfə artdı. Mülki əhaliyə, mülki infrastruktura fərq qoymadan zərbələr endirən, nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan insanlarla hansı mövzuda danışa bilərik",-deyə Putin bildirib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ