İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: "Müharibəni onlar başladıb"

"Müharibəni biz deyil, onlar başlayıb".

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib. Putin deyib ki, müharibəni Qərb başladıb və Rusiya onu dayandırmaq üçün güc tətbiq edir.

Onun sözlərinə görə, Qərbin məqsədi sərhədsiz gücə sahib olmaqdır, Rusiya isə öz evini qoruyur. Putin bildirib ki, Donbasa zərbələr endirməyi planlaşdıranlar Krımı və Sevastopolu növbəti hədəf kimi planlaşdırıblar.

Rusiya prezidenti Qərbin artıq Kiyevə yardım və onu silahla təmin etmək üçün 150 milyard dollardan çox pul xərclədiyini söyləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR