İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin mənə dedi, incimə, məsələni 1 dəqiqəyə raketlə həll edərəm” – Conson

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Vladimir Putinin Rusiyanın Ukraynaya müdaxiləsi öncəsi telefon danışığı zamanı onu raketlərlə hədələdiyini açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sabiq baş nazir bu iddiasını BBC-də nümayiş etdiriləcək "Putin Qərbə qarşı" sənədli filmində səsləndirib.

"Putin mənə "Boris, səni incitmək istəmirəm, ancaq bir raketlə bu, cəmi bir dəqiqə çəkəcək", - deyə o söyləyib. İki ölkə lideri arasında uzun keçən həmin telefon danışığı keçən ilin fevralında baş tutub. Boris Conson Putinə Ukraynada müharibənin fəlakətli nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib. 

Conson həmçinin Rusiya prezidentini Ukraynanın yaxın vaxtlarda NATO-ya üzv olmayacağını inandırmağa çalışıb. Britaniya baş naziri hər hansı işğal hərəkatını başlaması halında Rusiyanın öz sərhədlərində "daha çox NATO-nu" görəcəyini deyib. Rusiya tərəfi Böyük Britaniyanın sabiq baş nazirinin Kiyevə səfərindən bir gün sonra, 2 fevral 2022-ci ildə Putinlə telefon danışığı apardığını təsdiqləyib.

Kremlin rəsmi məlumatına əsasən, burada tərəflər Ukrayna məsələsi, həm də Rusiyanın "təhlükəsizlik zəmanəti" tələbləri ilə bağlı kifayət qədər ətraflı fikir mübadiləsi aparıblar. Vladimir Putin NATO-nun Rusiyanın narahatlığına adekvat cavab verməyə hazır olmadığını söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR