Onlayn ictimai-siyasi qəzet
Belarus prezidenti Aleksandr Lukaşenko postsovet məkanında tərəfdaşlar arasında birliyin qorunmasının vacibliyini vurğulayıb.
Musavat.com xəbər verir ki, o, bu barədə “Rossiya” telekanalına müsahibəsində danışıb.
“Belarus bəzi postsovet ölkələri kimi siyasət yürütmür. Onlar Rusiyadan nəsə almaq istəyirlər, amma əvəzində heç nə vermirlər. MDB daxili işlər nazirləri ilə bu barədə çox danışmışam. Onlara bildirmişəm ki, bu, çox davam etməyəcək. Gəlin, həmrəylik göstərək. Rusiyadan dəstək, kömək istəyəcəyiniz vaxt uzaqda deyil. Dünyanın başqa ölkələrindən kömək gözləməyin.
Qazaxıstanda hadisələr baş verəndə köməyə kim çatdı? Çin, Hindistan, Pakistan? Xeyr. “Putin, Lukaşenko, kömək et!” deyib çağırdılar. Çağırışın ardınca bizim təyyarələr Qazaxıstana endi və ölkədə aksiyalar sakitləşdi.
Bunu qınamaq üçün demirəm. Bu, “borcu qaytarmaq” deyil. Ancaq başa düşmək lazımdır ki, elə bir vəziyyət yaranacaq ki, sonra başqasından deyil, bizdən xahiş edəcəksiniz. Heç kim sizin köməyinizə gəlməyəcək.
Postsovet ölkələrindən ibarət iqtisadi məkan yaratdıq. Bunu niyə itirirsən? Nə Qazaxıstan, nə də Özbəkistan mallarını Amerikada və ya Avropa İttifaqında gözləyirlər. Bu, əlbəttə, belədir. Bəs niyə sahib olduğunuzu itirirsiniz?”, - deyə Belarus lideri xarici tərəfdaşlara müraciət edib.
“Ermənistanın siyasətini görürsünüz. Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə.
İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət etsinlər. Hansı Fransa, hansı Makron? Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq. Eynilə Amerika Birləşmiş Ştatları ilə olduğu kimi (söhbət ABŞ-ın Əfqanıstan ərazisini tərk edərkən öz tərəfdaşlarından imtina etməsindən gedir - red)”, - Lukaşenko bildirib.
Şahanə Rəhimli
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ