Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumuna cavab vermək barədə qərar qəbul edib.
Musavat.com "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
O, Kiyevi ağır cəza gözlədiyini vurğulayıb.
"Sizə səmimi deyirəm ki, prezident qərar verib. Mən qəti əminəm ki, Kursk vilayətində baş verənlərə görə hamı ciddi şəkildə cəzalandırılacaq", - deyə diplomat qeyd edib.
Məlumata görə, bir gün əvvəl ABŞ-ın Kiyevdəki səfirliyi yaxın günlərdə Ukraynanın Rusiya tərəfindən kütləvi şəkildə atəşə tutula biləcəyini açıqlayıb.
Diplomatik nümayəndəlik öz saytında xəbərdarlıq dərc edərək, vətəndaşları təhlükəsizliklərinin qeydinə qalmağa çağırıb.
Öz növbəsində Çinin Kiyevdəki səfirliyi təhlükəsizlik vəziyyəti ilə əlaqədar vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi tövsiyə edib. Səfirlik artıq orada olanları hava hücumu xəbərdarlığı elan edildikdə dərhal sığınacaqlara getməyə çağırıb.
Xatırladaq ki, avqustun 6-da Kursk vilayəti Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumuna məruz qalıb. Ukrayna hərbçiləri sərhəddə yerləşən Sudja şəhərini atəşə tutublar. Nəticədə Ukrayna Silahlı Qüvvələrinin qırıcıları Rusiya ərazisinə daxil olaraq bir sıra yaşayış məntəqələrini nəzarətə götürə bilib.
İqbal,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ