Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Moskva yaxınlığındakı Crocus City Hallda baş verən terror aktı zamanı insanlara kömək edən üç yeniyetməni “Qurbanların xilasına görə” medalı ilə təltif edib.
Musavat.com xəbər verir ki, bu barədə fərman hüquqi informasiya portalında dərc olunub.
“Ekstremal şəraitdə insanların xilas edilməsində cəsarətli və qətiyyətli hərəkətlərə görə” mükafatını Krasnoqorskdan olan məktəblilər Artem Donskov və İslam Xəlilov, həmçinin RANEPA-nın kollec tələbəsi Nikita İvanov alacaqlar.
Qeyd edək ki, Krasnoqorskdakı Crocus City Hall konsert zalında terror aktı martın 22-də axşam saatlarında baş verib. 144 nəfər həlak olub, daha 551 nəfər yaralanıb. 5 mindən çox insan təxliyə edildi; Yüzdən çox insanı 15 yaşlı səkkizinci sinif şagirdi İslam Xəlilov binadan çıxarıb, Krasnoqorsk 19 saylı məktəbin şagirdləri 14 yaşlı Artem Donskov və Nikita İvanov da qəhrəmanlıq göstəriblər.
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ