İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ilk dəfə “Vaqner”çilərlə görüşünün təfərrüatlarını açıqladı

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” döyüşçüləri ilə görüşünün təfərrüatları, həmçinin bu qeyri-rəsmi təşkilata münasibətindən bəhs edib.

Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısı “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikova danışıb.

Putin iyunun 29-da “Vaqner” döyüşçüləri ilə görüşündən bəhs edərkən onların “hərəkətlərinin, yumşaq desək, təəssüf doğurduğunu” vurğulayıb:

“Bir tərəfdən onlarla görüşdə onların döyüş meydanında etdiklərinə, digər tərəfdən 24 iyun hadisələri zamanı etdiklərinə qiymət verdim. Üçüncüsü, o, döyüşlərdə iştirak da daxil olmaqla, onların gələcək xidmətinin mümkün variantlarını göstərdim. Vəssalam”.

Jurnalistin “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) hərbi vahid olaraq qalıb-qalmayacağı sualına isə ölkə lideri sərt cavab verib:

“Axı “Vaqner” ÖHŞ mövcud deyil! Bizdə özəl hərbi təşkilatlar haqqında qanun mövcud deyil! Sadəcə yoxdur! Belə bir hüquqi şəxs mövcud deyil”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR