İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin icra olunmayan fərmanın müddətini uzatdı

Rusiya prezidenti Vladimir Putin G7 ölkələri və Avropa İttifaqının Rusiya neftinə qiymət tavanı müəyyən etməsinə cavab olaraq imzaladığı fərmanının müddətini uzadıb. Bu ilin 1 fevralından qüvvədə olan fərmanın müddəti iyulun 1-də bitirdi, Putin onu 31 dekabra qədər uzatdı.

Musavat.com xəbər verir ki, fərman Qərbin müəyyənləşdirdiyi 60 dollarlıq qiymət tavanına əməl edən alıcılara neft satışını qadağan edir.

Maraqlıdır ki, aprelin 27-də Putin “dost” ölkələri bu fərmanın təsir dairəsindən çıxaran əmr imzalayıb və Rusiya neftinin çox böyük hissəsini elə “dost” ölkələr alır. Təkcə Çin və Hindistan Rusiyadan gündə 4 milyon barelə yaxın neft alırlar. Daha mühüm bir hissəni Türkiyə, Banqladeş və digər “dost” ölkələr alır. Bu isə faktiki olaraq, Putinin fərmanının formal xarakter daşıdığı deməkdir.

Məlumat üçün bildirək ki, bu ilin beş ayında Rusiyanın əsas neft markası olan “Urals”ın orta bazar qiyməti 51,5 dollar olub ki, bu da 60 dollarlıq qiymət tavanından 8,5 dollar aşağıdır...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR