İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin bu ölkəni müharibənin “günahkarı” adlandırdı

Rusiyada təbliğat xarakterli “Rusiya. Kreml. Putin. 25 il” adlı filmdə prezident Vladimir Putin Rumıniya və Bolqarıstanın öz ərazilərində ABŞ hərbi bazalarına yer verməklə Ukraynada müharibəyə gətirib çıxaran gərginliyə şərait yaratdığını deyib.

Musavat.com xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

Buna cavab olaraq Bolqarıstan Xarici İşlər Nazirliyi açıqlama yayıb:

“Rusiya Federasiyasının qanunsuz və təhrik olunmamış Ukrayna müharibəsinə görə məsuliyyəti digər ölkələrin, o cümlədən Bolqarıstanın üzərinə atmaq cəhdləri tamamilə qəbuledilməzdir və faktların kobud şəkildə manipulyasiyasıdır”.

Nazirlik vurğulayıb ki, Bolqarıstanın NATO-ya üzv olması ölkə vətəndaşlarının iradəsinə və qanuni demokratik proseslərə əsaslanan suveren qərardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR