Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün birgə işləmək barədə razılığa gəlib.
“Bakıya səfərdən sonra biz İlham Əliyevlə razılaşdıq ki, bu mövzuda birgə işləyəcəyik, mən artıq Rusiya Federasiyası hökumətinə müvafiq fəaliyyət proqramı hazırlamağı tapşırmışam”, - Putin gənc alimlərlə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşündə də bu məsələ qaldırılıb.
“Hər kəs Xəzər dənizinin dayazlaşmasından narahatdır, əlbəttə ki, bundan açıq və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirməliyik”, - Rusiya lideri vurğulayıb.
Şahanə Rəhimli
Musavat.com
03 Dekabr 2024
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ