Onlayn ictimai-siyasi qəzet
Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk.
Musavat.com xəbər verir ki, bu fikir Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə yenidən prezident vəzifəsinə seçilməyi münasibətilə göndərdiyi təbrik məktubunda bildirilib.
V.Putin bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində tərəfdaşlıq qarşılıqlı əlaqələrinin genişləndirilməsi üzrə fəal birgə işin davam etdiriləcəyinə əminliyini qeyd edib.
"Şübhəsiz ki, bu iş dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin, təhlükəsizliyin gücləndirilməsi istiqamətində gedir", - məktubda vurğuanıb.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ