İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin 5 il ərzində... - ŞOK XƏBƏRDARLIQ

Danimarka Müdafiə Kəşfiyyat Xidməti (DDIS) yaxın 5 il ərzində Avropada "genişmiqyaslı müharibə" təhlükəsi barədə xəbərdarlıq edən hesabat yayıb.

Musavat.com xəbər verir ki, məlumata görə, əgər Rusiya NATO-nu həm hərbi, həm də siyasi cəhətdən zəifləmiş hesab edərsə, alyansın bir və ya bir neçə ölkəsinə qarşı güc tətbiq edə bilər.

Hesabatda ABŞ-ın roluna xüsusi diqqət yetirilir. DDIS hesab edir ki, Rusiya ABŞ-ın təcavüz halında avropalı müttəfiqlərini dəstəkləyə bilməyəcəyi və ya dəstəkləmək istəmədiyi qənaətinə gələrsə, hərbi münaqişə ehtimalı artacaq. Hesabatda vurğulanır ki, Moskva NATO ilə qarşıdurmaya hazırlıq məqsədilə öz hərbi potensialını fəal şəkildə artırır.

DDIS proqnozu ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandırmağa çalışdığı bir vaxta təsadüf edir. Sənəd münaqişənin bitməsi və ya dondurulması halında 3 mümkün ssenarini açıqlayıb. Lakin bütün variantlar Rusiyanın bir neçə ölkəyə qarşı eyni vaxtda müharibə aparmağa qadir olmadığını göstərir.

Təqdim olunan hesablamalara görə, 6 ay ərzində Rusiya adı açıqlanmayan "qonşu dövlət"lə lokal silahlı münaqişəyə başlaya biləcək. İki ildən sonra Baltikyanı ölkələrdə regional qarşıdurma başlaya bilər. 5 ildən sonra NATO zəifləsə və ABŞ qəti addımlar atmasa, Rusiya Avropaya qarşı genişmiqyaslı müharibəyə başlaya bilər.

Eyni zamanda hesabatda qeyd olunur ki, proqnozda NATO ölkələrinin müdafiə potensialının mümkün gücləndirilməsi nəzərə alınmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR