İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pulyuyan” siyasi meyit xortladı və Azərbaycana qarşı hərzə-hərzə danışdı

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yenidən “xortlayıb”. Azərbaycana qarşı cinayətlərdə birbaşa olmasa da, dolayısı ilə iştirak etmiş bu məxluq Nikol Paşinyan hakimiyyətini tənqid edərkən bildirib ki, Azərbaycan Ermənistana heç nə verməyəcək. Adamın xəstəliyi o qədər kəskinliklə, xroniki şəkil alıb ki, reallıq hissini büsbütün itirib. Torpaqları 30 il ərzində işğal altında qalan Azərbaycan bütün bu cinayətlərdən sonra işğalçıya – Ermənistana nə verməlidir ki?!

Vardan Oskanyan: “Ermənistan hakimiyyəti Qarabağın Azərbaycanın tərkibində  olmasına razıdır” - Oxu.az

Vardan Oskanyan bu açıqlamanı Gəncə şəhərinin ballistik raketlərlə atəşə tutulmasının, 15 dinc sakinimizin həlak olmasının 4-cü ildönümündə verib. Utanıb, yerə girmək, heç olmasa dinc sakinlərin qətliamına görə üzr istəmək əvəzinə, Azərbaycandan nəsə umur. Allah qoymasa guya diplomatdır. 1998–2008-ci illərdə Robert Köçəryanın prezidentliyi dövründə Ermənistanın xarici işlər naziri vəzifəsini tutub. Xocalı qatilinin əlinin alında işləyəndən əslində başqa mövqe gözləmək absurd olardı. Bu adam zamanında konstruktiv mövqedən çıxış edərdisə, kim bilir, bəlkə fəlakətlərin miqyası daha az olardı. Bəlkə o zaman Ermənistan qazanclı çıxardı proseslərdən, ən azı Qarabağdakı ermənilərə hansısa status əldə etmək baxımından. Axı, zamanında Azərbaycan ermənilərə çox şeylər vəd edirdi, prosesin sülhlə başa çatması, bölgədə əmin-amanlığın bərqərar olması naminə. Oskanyan və digər yan-yörəsi isə qəti şəkildə razılaşmırdılar, Azərbaycan barmağını göstərəndə biləyindən yapışırdılar, “bu da bizim olsun”, deyirdilər. Bu mənada xortdan Vardan da günahkardır, təkcə Azərbaycan övladlarının həyatının yarıda kəsilməsinə görə deyil, həm də ermənilərin ölümündə! Bu mənada keçmiş nazir ömrü çatarsa, günün birində məsuliyyətə cəlb oluna biləcəyinin, ondan da hesab sorulacağının narahatlığını yaşayır. Sülhün imzalanmasının ardınca Paşinyan öz əleyhdarlarını da sıra ilə “çarmıx”a çəkə bilər, necə ki, hazırda Köçəryanın məhkəmə kuluarlarında “it sürütməsi” eləyib, Hələb ermənisi (1955-ci ildə Hələbdə doğulub-E.P.) Vardan Oskanyana da növbə çatar nə vaxtsa...

Սիվիլիթասում» ստուգումները կասեցվել են 30 աշխատանքային օրով

Yeri gəlmişkən, 2012-ci ildə Oskanyan “Sivilitas fondu”na 2 milyon dollar ianəsi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunurdu. “Pul yuyan” keçmiş nazir o zaman “qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması” işi üzrə şahid qismində ifadə vermək üçün Milli Təhlükəsizlik Xidmətinə dəfələrlə çağırılmışdı. Düzdür, eks nazir cinayət işinin siyasi motivli olduğunu, özünün və üzv olduğu “Çiçəklənən Ermənistan” Partiyasının Serj Sərkisyan administrasiyasını tənqid etməsinə reaksiya kimi qiymətləndirmişdi. Lakin sonradan Oskanyan ianənin bir hissəsini ehtiyatsızlıqdan şəxsi məqsədləri üçün istifadə etdiyini etiraf eləmişdi və “tövbə”si nəzər alınaraq, cinayət işinə xitam verilmişdi. Onu həm də deputat mandatı xilas etmişdi. Ömrü boyu “budaqdan-budağa” hoppanan, yaratdığı partiya ilə ortaya heç nə qoya bilməyən Oskanyan bu gün, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 16 bəndinin ən azı 13-ünün razılaşdırılması, sərhəd xəttinin 13 km-inin razılaşdırılması halında Paşinyana “yol” göstərir. Əslində növbəti dəfə Ermənistanı uçurumun dibinə yuvarlamaq, başına Dəmir Yumruğun endirilməsinə nail olmaq üçün istiqaməti nişan verir. Nə deyək, “təcrübəli” xortdandan bəhrələnmək istəsələr, buyursunlar! Göyçə gölünün sahilində də Xəzər sahilindəki Hərbi Qənimətlər Parkının eynisini yaratmaq şansımız olar!

Siyasi meyitin dirilmə cəhdi: Vardan Oskanyan yenidən sərsəm bəyanatları  ilə gündəmə gəldi - FOTO - Oxu.az

Xeyli müddətdir murdar səsi ABŞ-dən gələn siyasi meyit Vardan Oskanyan Azərbaycanı “absurd tələblər” irəli sürməkdə ittiham edir, həyasızcasına! Azərbaycana yüz milyardlarla dollarlıq ziyan vuran ölkəsini az qala “yazıq” görkəmdə nümayiş etdirən bu bədheybət doğrudanmı tarixdən, müharibə başladan, cinayətlər törədən ölkələrin vaqeəsindən bixəbərdir? Anlamırmı ki, əslində o və komandadaşları Nürnberq prosesinə bənzər məhkəmədə müttəhimlər kürsüsündə dayanmalı, törədilən cinayətlərə görə cavab verməlidirlər! Bu, həm də Ermənistanın və ermənilərin xilası, üstəlik, bundan sonra revanşistlərə dərs olması, bölgədə bəlkə də əbədi sabitliyin təmin olunması üçün olduqca vacibdir. Amma bu, “bir ayağı gorda” olan şəxs yenidən qana, gərginliyə, toqquşmaya çağırır, Ermənistan rəhbərliyini Azərbaycandan nəsə qopartmağa təhrik edir. 2020-ci ildə 44 günlük müharibə elə Azərbaycanın yeni ərazilərinin işğal edilməsi istəyi, planı nəticəsində başlamadımı?  Görün bu xəstə nə deyir: “Biz Qarabağın ermənisizləşdirilməsindən sonra xəbərdarlıq etdik ki, Azərbaycan gözlədiyinizin əksinə olaraq sizə əvəzində heç nə verməyəcək, özü üçün maksimum tələb edəcək. Və yenə daşlı sükut çökdü. Əminəm ki, bu adam əmin idi ki, biz onu çaşdırmaq istəyirik, danışıqlar masası arxasında heç bir tələb irəli sürmədən müəyyən nəticə əldə edəcək. Mən hələ də təkid edirəm ki, Azərbaycan Ermənistana heç nə verməyəcək və bəli, nə qədər ki, erməni tərəfi heç bir əks tələb irəli sürə bilməyəcək, absurd tələblər irəli sürəcək. Mən təkid etməkdə davam edirəm ki, əgər biz Qarabağ xalqının danışıqlar masası arxasına qayıtmasını tələb etsək, bu, bütün diplomatik qaydalara riayət etməklə, beynəlxalq ictimaiyyətin bütün tərəfləri və oyunçuları üçün başa düşülən və məqbul olacaq.

ERMƏNİSTAN QARABAĞ SAKİNLƏRİNİN YARIDAN ÇOXUNU QƏBUL EDİB?

Bundan başqa, Qarabağ sakinlərinin geri qaytarılması tələbinin artırılması, ilk növbədə Ermənistanın təhlükəsizliyi üçün son dərəcə zəruridir ki, Azərbaycan öz absurd tələbləri ilə Ermənistan hakimiyyətini “təəccübləndirməyə” son qoysun. Və mən təkid etməyə davam edirəm ki, əgər hazırkı hakimiyyət danışıqlar gündəliyini formalaşdıra bilmirsə, o zaman daha bacarıqlı qüvvələrə bunu etməyə imkan verməlidir”.

Hərzə-hərzə danışığın sərhədləri yoxdur. Qarabağdakı erməniləri Azərbaycan bir-bir ağaca bağlayıb, saxlayası deyildi ki? Sərsəmlik sərhəd bilmir. Sağalan deyil belələri. Əslində bu xəstəliyin müalicəsi yoxdur, onu yalnız ölüm “müalicə” edə bilər. Bu, həm də ermənilərin daha bir şizofreniyaya mübtəladan xilası baxımından uğurlu sonluq olardı. Amma Zori Balayan kimi uşaq qatili kimi Vardan Oskanyan da sona qədər erməni xalqını bəlalarla baş-başa qoymaqdan, şeytan xislətlərini nümayiş etdirməkdən əl çəkmək istəmirlər. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR