İnsanlara hürriyət, millətlərə istiqlal!

Psixoterapaevtdən xəbərdarlıq: “Mənəvi təzyiqlə üzləşən insanlar çoxdur”

“Qadın sığınacaqlarının sayı artırılmalıdır. Qadınlara qarşı qəddar, əzazil olanlar var. Onlar arasında kişilər əksəriyyət təşkil etsə də, gənc xanımlara əziyyət verən yaşlı qadınlar da az deyil. Bəzən belə qadınlar kişiləri də qəddarlığa təhrik edə bilərlər. Sığınacaqların sayının artırılması onlara sərf etməz”.

Bu fikirləri psixoterapevt Elmir Əkbər Musavat.com-a bildirib. Son günlər müzakirə olunan qadın sığınacaqlarının sayının artırılması məsələsi ilə şərh verən E.Əkbərin fikrincə, sığınacaqların sayının artırılması müsbət haldır lakin xüsusi proqramlar da hazırlanmalıdır: “İlk növbədə insanlara psixoloji dəstək göstərilməlidir. Mütəxəssislərin sayının artırılmasına da ehtiyac var. Hüquqi, psixoloji, tibbi dəstək mərkəzləri, qaynar xətlər olmalıdır. Ən əsası, doğru, maarifləndirmə işləri aparılmalıdır. Mənəvi və fiziki zorakılığa məruz qalanlar, həyatı təhlükədə olanlar, intihar haqda düşünənlərin zəng edə biləcəyi bir nömrə, gedə biləcəkləri bir ünvan olmalıdır. Kompleks iş aparılmalı və görülən işlər gücləndirilməlidir. Biz özümüzü aldatmamalıyıq. Mənəvi təzyiqlə üzləşən insanlar çoxdur. Tam məsuliyyətimlə deyirəm ki, intihar barədə düşünən qadınlar əksər hallarda xəstəlikdən əziyyət çəkmirlər, sadəcə bu həddə çatdırılırlar”.

Psixoterapevt təklif edir ki, bu kimi məsələlərlə bağlı qanunlar qəbul edilərkən mütəxəssislərin rəylərinin nəzərə alınması yaxşı olardı.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR