Onlayn ictimai-siyasi qəzet
"Bullinqin əsl səbəbi qruplaşmalardır. Bunu əsasən oxumayan, bacarıqsız, aşağı qiymətlər alan uşaqlar, eyni zamanda bullinq etdiyi uşağın ailəsi ilə bərabər olmayan ailələrin uşaqları edirlər".
Bu fikirləri Musavat.com-a psixoloq Vəfa Rəşidova deyib.
O bildirib ki, adətən oxuyan, sakit, tərbiyəli, özünə qapanan, özünü müdafiə edə bilməyən, amma yaxşı ailənin övladları bullinqə məruz qalır:
"Bullinq edən uşaqlar isə əksinə, oxumayan, tərbiyə görməyən, xaotik ailələrin, ana, yaxud ata ilə problemləri olan ailələrin uşaqlarıdır. Bunun qarşısını almaq üçün ilk növbədə uşaqları özgüvənli yetişdirmək lazımdır. Özgüvəni olmayan uşaq bullinq edəcək, qısqanclıq, pislik, təcavüz edəcək, həbsxanaya da düşəcək. Yəni nə qədər ki, valideynlər öz uşaqlarının problemlərini gizlədəcəklər, bu kimi hallar bir o qədər çox olacaq".
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ