Onlayn ictimai-siyasi qəzet
Rusiyanın müstəqil araşdırma platforması “Proyekt” yaxın günlərdə “Atalar və babalar” adlı yeni xüsusi layihə təqdim edəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, layihə müasir Rusiyada korrupsiya və qohumbazlıq (kumovstvo) sistemini araşdırır. Nəşrin ilkin materiallarına istinad edən “Agentstvo” bildirir ki, Vladimir Putinin 24 yaxın qohumu hazırda dövlət strukturlarında müxtəlif vəzifələr tutur.
Bu, son 100 ildə Rusiya hakimiyyətində müşahidə edilən ən yüksək ailə iştirakı səviyyəsi sayılır. Araşdırmaya görə, nə Sovet dövründə, nə də post-sovet Rusiyasında belə geniş ailə şəbəkəsi dövlət idarəçiliyinə bu qədər nüfuz etməmişdi.
Məqalədə qeyd olunur ki, 1990-cı illərdə Boris Yeltsinin hakimiyyəti dövründə yüksək vəzifə tutan qohumlarının sayı cəmi beş nəfər idi. Lenin dövründə də bir neçə ailə üzvü müxtəlif vəzifələrdə çalışmışdı, lakin bu, sistemli hal daşımırdı. İosif Stalinin dövründə isə dövlət postu tutan yalnız oğlu Vasili Stalin idi — o, hərbi pilot idi və Moskva Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinə rəhbərlik edirdi.
Araşdırmanın tam versiyası gələn həftə “Proyekt” tərəfindən dərc ediləcək və Putinin ailə üzvlərinin kimlikləri, tutduqları vəzifələr və onların dövlət strukturları ilə maliyyə əlaqələri barədə geniş məlumat təqdim ediləcək.
Musavat.com
07 Noyabr 2025
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ