İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor Nizaməddin Şəmsizadə vəfat ETDİ

Professor Nizaməddin Şəmsizadə vəfat edib.

Musavat.com teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayıb.

Xatırladaq ki, Nizaməddin Şəmsizadə xəstəxanada süni tənəffüs aparatına qoşulu vəziyyətdə idi.

Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubanın İspik kəndində anadan olub. O, 10-dan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR