İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin şirkətləri qiyamdan sonra 1 milyard rublluq sazişlər bağlayıblar

 

Yevgeni Priqojinlə əlaqəli şirkətlər bu ilin iyun ayının 24-də baş verən qiyamdan sonra məktəblərə və xəstəxanalara ərzaq tədarükü üçün sazişlər almağa davam ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə RTVI kanalı məlumat yayıb.

Həmin tarixdən bu yana imzalanan doqquz müqavilənin məbləği bir milyard 64 milyon rubl təşkil edib. Ən böyük sifarişçi Moskva vilayətinin Mıtişi administrasiyasının təhsil idarəsi olub.

Həmin idarə Priqojinə bağlı “Prodfootservice” şirkəti ilə 705 milyon rublluq anlaşma əldə edib. Müqavilə 2023-2025-ci illərdə şirkətin Moskva vilayətindəki məktəbləri yeməklə təmin edəcəyini nəzərdə tutur.

Priqojinlə bağlantılı olan , “Məktəbəqədər Qidalanma Kombinat”, “Russotskapital” və “AVK” şirkətləri də iri paylar alıblar. Onların müştəriləri arasında Moskva Səhiyyə İdarəsinin xəstəxana və klinikaları, “Artek” uşaq düşərgəsi və Moskva yaxınlığındakı iki xəstəxana da var.

Bundan əlavə, Priqojinin strukturları ilə bağlanmış köhnə sazişlərə də xitam verilməyib. Məsələn, Rusiya  Xarici işlər nazirliyi yanında Tibb və Sağlamlıq Mərkəzini qida məhsulları ilə təmin edən “AVK”nın xidmətindən imtina olunmayıb.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR