İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin qiyamı generalları bu vəziyyətə saldı 

Yevgeni Priqojinin qiyamının bitməsindən bir neçə saat sonra təhlükəsizlik qüvvələri 13 yüksək rütbəli hərbçini saxlayıb, daha 15-i işdən çıxarılıb və ya xidmətdən kənarlaşdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Həmin generalların arasında Rusiyanın Kosmik-Hava Qüvvələrinin komandanı Sergey Surovikin, habelə Andrey Yudin, Vladimir Alekseev və Mixail Mizintsev var.

General Surovikin hələ də həbsdədir, o, Moskvada dindirilir. Lakin Surovikinə qarşı hələ rəsmi ittiham irəli sürülməyib.

Qəzetin həmsöhbətlərindən birinin dediyinə görə, Sergey Surovikinin yaxınlaşan qiyamdan xəbəri olsa da, orada iştirak etməyib. Mənbələr Surovikinin istintaq təcridxanasında saxlanmadığını, lakin qiyamdakı rolu ilə bağlı dəfələrlə dindirildiyini bildirib.

Surovikinin həyat yoldaşının tanışının qəzetə verdiyi məlumata görə, general bu vaxta qədər işdən evə qayıtmayıb.

Həmçinin, qiyamdan sonra Surovikinin müavini, general-polkovnik Andrey Yudin və Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəisinin birinci müavini Vladimir Alekseev saxlanılıb. Qəzetin mənbələrinin sözlərinə görə, onlar xidmətdən kənarlaşdırılıb, hərəkətləri məhdudlaşdırılıb və hazırda nəzarət altındadırlar.

Qiyamdan sonra saxlanılanlar arasında 2023-cü ilin aprelində müdafiə nazirinin müavini vəzifəsindən azad edilmiş, sonra “Vaqner” ÖHŞ-yə işə düzələn general-polkovnik Mixail Mizintsev də var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR