İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin media imperiyası ləğv edildi

“Vaqner” özəl hərbi birləşməsinin sahibi Yengeni Priqojinə məxsus mediaqrup ləğv olundu. Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı qrupa daxil olan Federal Xəbər Agentliyinin (FAN) baş direktoru Yevgeni Zubarev açıqlayıb.

Onun yaydığı videoaçıqlamada bildirilir: “Bu gün mən “Patriot” mediaqrupunu yaradan Federal Xəbər Agentliyinin baş direktoru olaraq elan edirəm ki, biz bağlanır və ölkənin informasiya məkanından gedirik. Bizimlə birlikə “Patriot” mediaqrupu da gedir”.

Zubarevin sözlərinə görə, qrupa daxil olan KİV-lərin ümumi trafiki gündəlik 300 milyon sabit təqibçidən ibarət olub.

Qeyd edək ki, “Patriot” medaiqrupu 2019-cu ildə yaradılıb. Ona FAN-dan əlavə “Xalq xəbərləri”, “Nevski xəbərləri”, “İqtisadiyyat bu gün”, “Siyasətçilər bu gün” və digər KİV-lər daxil idi. Bu gün Rusiya Mərkəzi Nəzarət Orqanı onların hamısına girişi bağlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR